Koronavirusu nə qədər yüngül keçiriblərsə, bir o qədər gec bərpa olurlar

Koronavirusu yüngül keçirən xəstələrin 80%-i xəstəlikdən sonrakı dövrü bir o qədər uzun keçirir, gec bərpa olur və onlarda post kovid müddəti çox rast gəlinir.
Şəffaflıq.az xəbər verir ki, Alabama universitetinin alimləri sensasion məlumat veriblər.
Onların elmi işləri göstərib ki, koronavirus mədə-bağırsağn divarlarını, tamlığını o qədər zədələyir ki, baryer pozulduğundan qana toksiki maddələr və bakteriyalar keçir. Bu da xəstənin vəziyyətini aylarla çətinləşdirir, o özünü halsız, zəhərlənmiş kimi hiss edir. Həkimlər müayinələr edərək, nə baş verdiyini anlamırlar.
Koronavirusun daha çox bağırsaqları zədələməsinin bir səbəbi də onların sevimli reseptorları olan APF-2nin bağırsaq divarlarında daha çox olmasındadır. Ona görə mədə-bağırsaq hüceyrələrinə virus daha çox nüfuz edir.
Bağırsaqlarda digər viruslar da çoxalır, məsələn, qripə bənzər rotarovirus, enterovirus, bağırsaq qripi və s.
Lakin immun sistem burda da işə düşür və gec də olsa bağırsaqları bərpa edir. Ona görə bu müddət uzandığı üçün xəstələr koronadan sonra 3-4-6 ay özlərini xəstə kimi hiss edir.
Postkovid sindrom acı reallıqdır:
Uzun müddətli asteniya - halsızlıq, zəiflik, orqanizmin gücdən düşməsi, depressiya, qidalanmada problemlər bunlar hamısı bu sindroma daxildir.
Bu gün həkimlər qarşısında xəstəni təkcə koronadan 15-20 gün ərzində xilas etmək yox, həm də onu post kovidin fəsadlarından müalicə etmək vəzifəsi də durur.
Koviddən yaxasını qurtarıb, sağalan şanslı insanları özlərini tam sağlam hiss etmələri üçün bir müddət əlavə bərpa və müalicə dövrü gözləyir.
Maraqlısı odur ki, koronavirusu yüngül keçirən şəxslərdə post kovid sindrom daha kəskin və uzun olur.
Bu insanlarda uzun müddət temperatur 37,2 dərəcədə qalır, üşütmə, bəzən qızdırma olur. Sinir sistemi sıradan çıxır. Əzələ, sümük, oynaqları ağrıyır, təzyiq, şəkər problemləri olur.
Hazırda ABŞ-da bir çox universitetlərin, eləcə də Moskva Dövlət Universitetinin post kovid üçün müalicə protokolları hazırlanıb.
Bu insanlar üçün də xüsusi dərmanlar, prosedurlar lazımdır. Ola bilər ki, hətta koviddə istifadə edilən deksametazon, qandurulducular, spironolakton tətbiq olunsun. Əsas odur ki, bu adamlar həkimlərə müraciət edib, problemlərini desinlər. /medicina.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}