ABŞ Rusiyaya sanksiya tətbiq etdi

 

ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

Şəffaflıq.az bildirir ki, bu barədə TASS xəbər yayır.

Xüsusilə, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 işçisini ölkədən çıxarır. Bundan əlavə, ABŞ şirkətlərinə Rusiyanın Mərkəzi Bankı, Rusiya Milli Rifah Fondu və ya Rusiya Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızları birbaşa almaq qadağan edilir.

Bunlarla yanaşı, ABŞ hesab edir ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti “SolarWinds”ə edilən kiberhücumda məsuliyyət daşıyır.

ABŞ Maliyyə Nazirliyi ölkəsindəki seçkilərə Rusiyadan qaynaqlanan müdaxilə ilə əlaqəli 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}