“Instagram”da bəyənmələrlə bağlı yeni funksiyalar


 

“Instagram” sosial şəbəkəsi bəyənmələrlə bağlı yeni funksiyalar tətbiq edəcək.

Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu şəbəkənin rəhbəri Adam Mosseri bildirib.

Onun sözlərinə görə, hazırda yeni funksiyaların sınaqları aparılır. Yeniliklərə əsasən, bundan sonra istifadəçilər digərlərinin postları altında olan bəyənmə sayını görünməz edə biləcəklər. Bununla yanaşı, şəbəkə üzvləri öz postlarının altında da bəyənmə işarəsini ləğv etmək imkanına malik olacaqlar.  

A.Mosseri yaxın zamanda dəyişikliklər barədə ətraflı məlumat veriləcəyini bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}