Göyçayda kafedə toy edənlər məsuliyyətə cəlb edilib

 Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Cəyirli kəndi ərazisində yerləşən “Blue River” kafesində toy mərasiminin keçirildiyi müəyyən edilib.
Şəffaflıq.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, həmin obyektə baxış keçirən zaman icarədar İlqan Rəhimovun Göyçay şəhər sakini Eldəniz Yaqubovun oğluna toy məclisi təşkil etməsinə şərait yaratdığı məlum olub.
Polislər tərəfindən icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüblər.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}