Yaponinyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi Şamaxıya səfər edib.

Yaponiya səfirliyinin dəstəyi ilə Şamaxıda həyata keçirilən sosial-iqtisadi və mədəni layihələrin müzakirəsi və tanışlıq məqsədilə Yaponinyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi Şamaxıya səfər edib.
Şəffaflıq.az xəbər veri ki, səfər zamanı səfir Şamaxı Rayon İcra Halimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb və bir sıra məsələləri müzakirə ediblər.
Sosial-iqtisadi layihələr çərçivəsində Azərbaycanda məktəblərin, xəstəxanaların tikilməsi və təmiri, su təhcizatı və sair kimi 260-a yaxın qrant layihələr icra olunmuşdur ki, onların da 7-i Şamaxı rayonun payına düşür.

Görüşdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyilə təhsil sahəsində informasiya texnologiyaları və innovasiyaların tədbiqində əməkdaşlığın çox faydalı olacağı vurğulanmışdır.


Cənab səfir Şamaxı şəhərində yerləşən Şamaxı Astrofizika Rəsədxanasına, Dəmirçi kəndindəki muzeyə, Cümə məscidinə, İmadəddin Nəsiminin qardaşı Şaxhəndanın türbəsinə, “Şirvan Şərabları” müəssisəsinə baş çəkmişdir.



 
Bir qrup Yaponiya vətəndaşları tərəfindən Şamaxıya göndərilmiş və əkilmiş 1000 sakura ağaclarının yerləşdiyi sahəyə baxış keçirilmiş və bir daha layihə iştirakçılarına təşəkkür bildirilmişdir.

Vahid İsmayılov.

Şamaxı rayonu

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}