Elektrik şəbəkəsinə 20 gün ərzində qoşulmaq mümkün olacaq

 

Sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər.

“Azərişıq” ASC-dən verilən məlumata görə, abonentin onlayn müraciəti əsasında işin icraatı 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.

Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər.

Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kvt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir.

Sahibkarlar evdən və ya ofisdən çıxmadan növbəsiz və heç bir təmas olmadan qeyri-yaşayış sahəsinin onlayn qaydada www.azerishiq.az və ya www.e-gov.az saytı üzərindən enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciət edə bilər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}