İsmayıllıda ümumrayon iməcliyi keçirilib

 


İsmayıllı rayonunda təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, kənd daxili yolların, su xətlərinin təmiri, yaşıllıqların qorunması, məişət tullantıların yığılması və daşınması daim diqqətdə saxlanılır.

Rayonun bütün yaşayış məntəqələrində iməclik təşkil edilib. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib həmçinin digər abadlıq işləri görülüb. İməcilikdə İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri və sakinlər iştirak edib. İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla görülüb.

İsmayıllıda bü cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur. Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də bir daha sakinləri və rayona səfər edən qonaqları təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağıraraq bildiririk ki, təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir.






 


Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}