Bakıda sürücünün boğazını KƏSDİLƏR

 Bakının Sabunçu rayonunda sərnişin sürücünü bıçaqlayıb.
Şəffaflıq.az xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.
1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu idarə etdiyi "Mercedes" markalı kiçiktutumlu sərnişin avtobusu ilə hərəkətdə olan zaman onun boğaz və qarın nahiyəsinə naməlum şəxs bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}