Bakıda bir-birinə yaxın yeddi ev yandı

Bakıda gecə saatlarında yeddi ev yanıb.
Şəffaflıq.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 19 ünvanında qeydə alınıb.
Bakı Humanitar Kollecinin yataqxanasının həyətində yerləşən bir-birinə bitişik taxta konstruksiyalı yeddi ev yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən maşını cəlb edilib. Alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, yeddi ev əşyaları ilə birlikdə külə dönüb.
Yanğının elektrik xətlərindəki qısa qapanmadan baş verdiyi ehtimal edilir.
Fakt araşdırılır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}