Rusiya ordusunun ən gözəl xanımı seçilib – FOTO

 Rusiyanın Strateji Raket Qoşunlarının hərbi qulluqçusu Yelena Tolstova ölkənin silahlı qüvvələrinin ən gözəl xanımı seçilib.

“RİA Novosti” xəbər verir ki, o, artıq ikinci dəfədir ki, “Miss Qırmızı Ulduz” müsabiqəsinin qalibi olub.

Y.Tolstovanın elektron səsvermə yolu ilə seçildiyi bildirilib.

Qeyd edək ki, Rusiya Ordusunun gözəli 6 ildir ki, silahlı qüvvələrin heyətində xidmət edir. O, fəal şəkildə idmanla məşğul olur, yüngül atletika üzrə birinci dərəcəli idman ustasıdır.(oxu.az)

  



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}