Şamaxı şəhərində məktəbəqədər təhsil üzrə attestasiya və işə qəbul imtahanı keçirilmişdir

Şəffaflıq.az xəbər verir ki, bu gün - 14 mart 2021-ci il tarixində Şamaxı rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin attestasiyası və işə qəbulla bağlı imtahan keçirilmişdir.
Attestasiya Şamaxı şəhər 9 saylı, imtahan isə 2 saylı tam orta məktəbin inzibati binalarında təşkil olunmuşdur.
 
Attestasiyada məktəbəqədər təhsil müəssisələrində çalışan 126 nəfər pedaqoji heyət, imtahanda isə 93 namizəd iştirak etmişdir.

Test mərhələsindən ibarət attestasiya və imtahanda iştirakçılara 60 sual (50 test, 10 açıq sual) təqdim olunmuşdur.

Bu mərhələni keçən namizədlər növbəti mərhələdə müsahibədə iştirak edəcəklər.


Vahid İsmayılov
Şamaxı şəhəri 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}