İsmayıllı rayon İcra başçısı ilə bir qrup Vətən müharibəsi iştirakçılarının yeni görüşü keçirilib


 

Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edən bir qrup müharibə iştirakçısı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.

İcra başçısı bildirib ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi qələbəyə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirərək Azərbaycan Ordusu bizlərə şərəfli, sevincli və unudulmaz anlar yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu. Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verən rayon rəhbəri həmişə onların yanında olduğunu diqqətə çatdırmışdır.

Görüşə gələn Vətən müharibəsi iştirakçıları göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib, şikayət və təkliflərini səsləndiriblər. Müraciətlər əsasən işlə təminat və digər sosial məsələlərlə bağlı olub. İcra başçısı müharibə iştirakçılarının qaldırdıqları məsələlərin həlli ilə bağlı İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar vermişdir. Müharibə iştirakçılarına İsmayıllı rayon Məşğulluq mərkəzinə müraciət edərək özünəməşğulluq proqramlarına qoşulmaları tövsiyə olundu.

Rayon İcra hakimiyyəti olaraq bir daha yerli sahibkarlara və işə götürən təşkilatlara bildirmək istəyirik ki, vakansiya yaranarsa, şəhid və qazi ailələrinin üzvlərini, müharibə iştirakçılarını işlə təmin olunmasında köməklik göstərsinlər.










 

İsmayıllı rayonu,
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}