Türkiyədə şiddətli yanğın: İstanbul - Bursa yolu bağlandı

 

Türkiyənin Bursa şəhərində, Osmanqazi ilçəsinin Yeni Yalova küçəsində böyük yanğın baş verib.

Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, hadisə nəticəsində havaya qalxan tüstü yaxınlıqdakı avtomobillərin hərəkətinə əngəl törədib. Məhz bu səbəbdən ölkənin magistral yollarından biri – İstanbul-Bursa avtomagistralında hərəkət məhdudlaşdırılıb.

Hadisənin baş vermə səbəbləri hələ ki məlum deyil. Ərazidə yanğınsöndürmə briqadaları çalışır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}