İsmayıllı rayonunda Xocalı faciəsində şəhid olanların əziz xatirəsi yad edilib

 

Tarixi düşmənimiz olan ermənilərin yalnız Azərbaycana deyil, bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar pandemiya qaydaları gözlənilməklə İsmayıllı rayonunun bütün idarə və təşkilatlarında müxtəlif məzmunlu onlayn konfranslar, görüşlər və silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilib. Xocalıdan olan məcburi köçkünlər evlərində ziyarət olunublar.

Gün ərzində “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli şəkildə mövcud karantin qaydalarının tələbinə uyğun olaraq həyata keçirilmişdir. Kəndlərdə şəhid məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

Saat 17:00-da Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın igid oğulları tərəfindən Şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilmişdir.

Prezident İlham Əliyevinin qeyd etdiyi kimi “Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır!”



















 

İsmayıllı rayonu,
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}