Qabiliyyətli, istedadlı şəxsləri tanıyaq...


 

Fotoşəkildə gördüyümüz bu şəxs 2009-cu ildə Ağsu şəhərində anadan olmuş Cəfərzadə Əliqəhrəman Etibar oğludur. Onun atası usta, anası isə evdar qadındır. Ailədə 3 uşaqdırlar, 2 qardaş 1 bacı.

12 yaşlı Əliqəhrəman Cəfərzadə Ağsu rayon 3 saylı tam orta məktəbində oxuyur.

Əliqəhrəman öz yaradıcılığı ilə yaşadığı yerdəki insanları təəccübləndirməklə heyran etmişdir. Belə ki, onun yüksək əl qabiliyyəti vardır. O, kartondan və digər materiallardan istifadə edərək görmüş olduğu istənilən silahları və texnikaları çox asanlıqla maket formasında düzəldə bilir. Əlqəhrəmanla videomüsahibə də götürmüşük, həmin müsahibə yaxın zamanlarda efirə veriləcəkdir.

Bu fitri istedadımız deyir ki, gördüyü istənilən silahı və texnikanı qurub yarada bilər və gələcəkdə Azərbaycan Hərbi Sistemində bu sahədə çalışmaq arzusunu da bildirmişdir.

Biraz da dəqiqləşdirsək 12 yaşlı Əlqəhrəman Azərbaycan Respublikasında yeni-yeni hərbi texnikla və silahların konstruksiyası üzrə mütəxəssis kimi çalışmaq istədiyini bəyan etmişdir. Hal-hazırda təqdim edilən şəkildə o, karton materialından istifadə edərək avtomat silahını düzəltdiyini nümayiş etdirib. İlk baxışdan göründüyü kimi müsahibimizdə sözügedən sahədə əl qabiliyyəti həqiqətən də vardır. Onu da nəzərə alaq ki, belə demək mümkünsə o hələ uşaqdır. Odur ki, aidiyyəti qurumlar bununla maraqlanmalı və bu sahədə yüksək peşəkar mütəxəssislər həmin çox gənc yeniyetməni nəzarətə götürməli və marağını, qabiliyyətini nəzərə almaqla onu düzgün istiqamətdə yönləndirməlidirlər.

Bir mətbuat olaraq bizdən xalqımız arasında savadlı və ya qabiliyyətli şəxsləri tapıb nümayiş etdirməkdir ki, bunu da edirik.

Ümid edirik ki, aidiyyəti qurumlar bu yazımıza biganə və laqeyd qalmayacaqlar.  


Cavanşir Mirzəyev
Ruhiyyə Abdullayeva
Ağsu rayonu,
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}