Ucarda minik avtomobili su kanalına aşıb, üç nəfər ölüb

 Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
FHN-dən Şəffafıq.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qaracallı kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}