Türkiyəli fermer nəhəng portağal yetişdirib

 

Adananın Kozan ilçəsində, fermer Tolqa Ceyhanlıya məxsus fermada nəhəng portağal yetişib.

Şəffaflıq.az “HaberTürk”-ə istinadən mələumat verir ki, ferma sahibi 30 illik fermerlik fəaliyyəti ərzində ilk dəfədir ki belə bir halla üzləşdiyini bildirib.

Qeyri-adi meyvənin çəkisi 1 kilo 260 qramdır. O, normal ölçülü portağallardan 3-4 dəfə böyükdür.

Qeyd edək ki, iri portağal Vaşinqton sortuna aiddir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}