Ağsu rayonunda abonentlər yeni smart kart qaz tipli sayğaclarla təmin edilir

 

Biz Şəffaflıq qəzetinə edilən çoxsaylı müraciətlərə əsasən Ağsu rayon sakinlərinin mexaniki saygacların artiq pul yazması barədə çoxlu şikayətləri olması barədə məlumatlar aldiq. Bu səbəbdən biz Şəffaflıq qəzetinin əməkdaşları Ağsu rayon Qaz İstismar Cəmiyyətinin rəhbərliyi ilə əlaqə saxladıq. 

Həmin İdarədən verilən məlumata görə artıq Ağsu rayonuna smart kart tipli qaz sayğacları gətirilib və mərhələli şəkildə sakinlər tərəfindən müraciətlərə baxılaraq, abonentlərin istifadəsində olan bütün mexaniki qaz tipli sayğacların smart kart qaz tipli sayğaclarla əvəz olunacağını bizi əmin etdilər. 

Ağsu Rayon Qaz İstismar Cəmiyyətinə Mirzəyev Ələkbər Cümalı oğlu tərəfindən verilmiş ərizəyə baxilaraq həmin müraciətə əsasən Qaz İdarəsinin işçiləri Pərviz Mehrəliyev, Zaur Baxışov və Sakit Mehdiyev tərəfindən 10 fevral 2021-ci il tarixdə Ağsu şəhər Vidadi küçəsi 50 A ünvanının sakini Mirzəyev Ələkbər Cümalı oğlunun mexaniki qaz tipli sayğacını smart kart qaz sayğacı ilə əvəz etdilər.






 


Hazırladılar: Şəffaflıq qəzetinin Ağsu rayonu üzrə bölgə müxbirləri
Cavanşir Mirzəyev
Ruhiyyə Abdullayeva


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}