Çin hökuməti puldan imtinaya görə vətəndaşlarına əlavə ödəniş edəcək

 

Çinin paytaxtı Pekin şəhər hökuməti əhalidən ənənəvi pullardan Çin Xalq Bankının hazırladığı rəqəmsal yüənə keçməsi halında onlara əlavə ödəniş təklif edəcək.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNBC kanalı məlumat yayıb. Eksperiment 3 mərhələdə həyata keçiriləcək. 3-cü fazada 50 min adamın iştirakının təmin olunması nəzərdə tutulub. Həmin şəxslərin hər birinə 200 yüən, yəni təqribən 31 dollar veriləcək.

Ümumilikdə layihəyə 10 milyon yüən (1,5 milyon dollar) ayrılması nəzərdə tutulub.

Eksperimentdə yer alan adamlar aldıqları rəqəmsal pulları ofllayn mağazalar və ya JD.com marketlərində xərcləyə biləcəklər.

Qeyd etmək lazımdır ki, Çin Xalq Bankı dünyada öz rəqəmsal valyutasını hazırlayan tək-tük qlobal nizamlayıcıdan biri sayılır.


Bənzər təcrübə İsveç, Fransa, Rusiya kimi ölkələrdə də həyata keçirilir. Lakin həmin ölkələrin maliyyə qurumları tərtib etikləri rəqəmsal pul vahidlərinin qətiyyən krptovalyuta ilə bağlı olmadığını, əsas emissiya mərkəzlərini yenə də həmin dövlətlərin Mərkəzi bank olacağını bildirirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}