RAMİZ MEHDİYEVDƏN DAHA BİR QEYRİ-ADİ TƏYİNAT - Sabiq deputatı baş direktor təyin etdi

 

Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.

Şəffaflıq.az məlumat verir ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Elton Məmmədov bu təyinata qədər AMEA-nın İşlər idarəsinin müdiri olub.

Qeyd edək ki, AMEA Prezidenti Ramiz Mehdiyevin sahə üzrə uzun illər tədqiqat aparmış, işləmiş alimləri kənarda qoyub, keçmiş deputatı Radiasiya Problemləri İnstitutuna baş direktor təyin etməsi onun sabiqləri öz ətrafına topladığına dair fikirləri təsdiqləyir. 





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}