Parlamentdə gənc ailələrin sosial vəziyyəti müzakirəyə çıxarılacaq

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi 2 fevral – Gənclər  günü ərəfəsində “Gənc  ailələrin sosial vəziyyəti” mövzusunda geniş videokonfrans keçirəcək.

Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bunu komitə sədri Hicran Hüseynova komitənin onlayn iclasında bildirib.

Komitə  üzvləri  Jalə Əliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Könül Nurullayeva, Sədaqət  Vəliyeva, Ramin Məmmədov,  Pərvin Kərimzadə çıxış edərək hər iki məsələ barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Komitənin iş planı yekdilliklə təsdiqlənib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}