"Azərbaycanla iqtisadi əməkdaşlığı artırmaq istəyirik" - Pakistan prezidenti
“Pakistan Azərbaycanla iqtisadi, o cümlədən enerji, turizm və ticarət sahələrində, eləcə də müdafiə sahəsində əməkdaşlığı artırmaq istəyir”.
Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Pakistan prezidenti Arif Alvi bildirib.
Onun sözlərinə görə, Azərbaycana yeni təyin edilmiş səfir Bilal Hayee ilə söhbətdə ona bizim ölkə ilə münasibətlərə böyük əhəmiyyət verildiyi deyilib: "Səfirə iki ölkənin dərin siyasi, iqtisadi və mədəni əlaqələrə malik olduğu xatırladaraq onu ikitərəfli əməkdaşlığın artırılmasında rol oynamağa çağırmışıq”.
A.Alvi həmçinin Azərbaycan hökumətinə koronavirus pandemiyası zamanı Pakistana dəstək verdiyinə, xüsusilə çıxılmaz vəziyyətdə qalmış 522 pakistanlının vətənə çatdırılmasına görə minnətdarlığını bildirib.
Facebook-da paylaş