General erməni bayrağına görə etiraz edən Zəhranı təltif etdi — FOTO
Şəffaflıq.az xəbər verir ki, verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində Azərbaycan idmanının yüksələn xətt üzrə inkişaf etməsi, milli idmançılarımızın olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələrini, Azərbaycan sərhədçilərinin də bu sahəyə töhfə verməyə çalışmaları qeyd olunub.
İdmançıları möhtəşəm qələbələr münasibətilə təbrik edən general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Salmanlının uğurlu çıxışının və vətənpərvərlik nümunəsinin yüksək qiymətləndirilərək hədiyyə ilə təltifləndirilməsinin Azərbaycan dövlətinin gənc idmançıların inkişafına olan diqqət və qayğısının növbəti ifadəsi olmasını xüsusi vurğulanıb.
"Sərhədçi” idman-olimpiya mərkəzinin rəisi polkovnik E.Mirzəyev idman mərkəzində 26 idman növü üzrə komandaların fəaliyyət göstərməsini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini, 1600 nəfərdən çox idmançının iştirakı ilə Tehran şəhərində keçirilmiş karate üzrə sonuncu "Master Cup” turnirində ölkəmizi təmsil edən "Sərhədçi” idman klubunun 12 idmançısından 7-nin qızıl, 3-nün gümüş, 2-nin bürünc medal qazanmasını, komandamızın ümumi hesabda 2-ci yer tutmasını, turnir zamanı idmançılarımızın Ermənistandan olan 4 rəqiblərini məğlub etmələrini məruzə edib.
Ən yüksək nəticə ilə Ermənistandan olan rəqibini mütləq üstünlüklə məğlub edərək turnirin qalibi olmuş 10 yaşlı Zəhra Salmanlının, Elnaz Soltanlının, Ülvira Rüstəmlinin və digər idmançılarımızın Azərbaycan Respublikasının dövlət bayrağının Ermənistan bayrağından aşağıda asılmasına dərhal reaksiya vermələrinin, dövlət bayrağımıza qarşı bu hörmətsizliyin aradan qaldırılmayacağı halda komandamızın turnirdə iştirakdan imtina etməsinin bildirilməsinin və nəticədə bu xoşagəlməz halın aradan qaldırılmasının təmsilçilərimizin vətənpərvərliyinin, Vətənə olan sevgisinin göstəricisi, dövləti maraqların müdafiəsinə əsl sərhədçi sədaqətinin ifadəsi olması qeyd edilib.
Turnir zamanı Azərbaycan Respublikasının dövlət himnini 7 dəfə səsləndirmiş, 12 dəfə dövlət bayrağımızı yüksəltmiş idmançılar Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Fəxri Fərmanla”, komandanın məşqçisi Səfərov Zöhrab Həsən oğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş, hər bir idmançıya Azərbaycan Respublikasının dövlət bayrağı və sərhədçi bereti hədiyyə edilib. Turnirdə ölkəmizi təmsil etmiş heyətlə çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı "Sərhədçi” idman klubunun idmançılarının gələcək planları, iştirak edəcəkləri turnirlər, məşq şəraiti və digər məsələlər müzakirə olunmuş, gənc idmançılara hərtərəfli dəstəyin göstərilməsi barədə tapşırıqlar verilib."Ölkə.Az"
Facebook-da paylaş