Evlərə "kupça"nı necə almaq olar?_Öyrənmək üçün qurumun saytında yerləşdirilən əmlakın qeydiyyat kalkulyatorundan istifadə edə bilər.
Çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi daşınmaz əmlaka dair çıxarışların rüsumunu və prosedurları aktuallaşdırıb. Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, çıxarışın alınması bir neçə mərhələdən keçir.
Şəffaflıq.az xezerxeber.az-a istinadən bildirir ki, ilk olaraq fövqəladə hallar nazirliyi binanın müxtəlif parametrlər üzrə təhlükəsizliyini yoxlayır.Hər şey qaydasında olduğu təqdirdə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura komitəsinə məlumat verilir.Daha sonra isə bina əmlak məsələləri dövlət komitəsinin reyestrində qeydiyyata alınır.
Bu prosedurlar bitdikdən sonra vətəndaş çıxarışın alınması üçün müraciət etmək hüququnu qazanmış olur
Nüsrət İbrahimov bildirib ki, vətəndaşlar çıxarışı almaq üçün müəyyən miqdarda xidmət haqqı və dövlət rüsumun ödəməlidirlər. Ən yüksək məbləğ Paytaxt Bakı üçün nəzərdə tutulub.
Çıxarış almaq üçün nəzərdə tutulan xərclər digər bölgələrdə fərqlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyir ki, digər regionlarda yaşayan sakinlər çıxarış almaq üçün nə qədər vəsaitin lazım olduğunu öyrənmək üçün qurumun saytında yerləşdirilən əmlakın qeydiyyat kalkulyatorundan istifadə edə bilər.
Şəffaflıq.az
Facebook-da paylaş