ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
ABŞ Pakistanın Peşəvər şəhərindəki Baş konsulluğunu tədricən bağlamaq qərarına gəlib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir. "Bu qərar diplomatik personalın təhlükəsizliyini təmin etmək və resurslarımızın effektiv idarə olunmasına sadiqliyimizi əks etdirir", - bəyanatda deyilir. ABŞ-nin İslamabaddakı səfirliyindən əlavə, Lahor və Karaçidəki baş konsulluqları da fəaliyyətini davam etdirəcək.
Xəbəri paylaş
Facebook-da paylaş








