Şəkidə evdə yanğın olub, bir nəfər ölüb
Şəkidə evdə yanğın olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bideyiz kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət kürsülü evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş
Facebook-da paylaş








