Cəlilabadda avtomobil atı vuraraq öldürüb


Cəlilabad rayonunda minik avtomobili atı vuraraq öldürüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Rayonun Maşlıq kənd sakini, 1978-ci il təvəllüdlü Anar Bədəlovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkət zamanı atı vurduqdan sonra Yasin Nəsirovun idarə etdiyi yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində at ölüb, "VAZ"ın sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}