İzmirdə meşəlik ərazidə yanğın məhdudlaşdırılıb
Türkiyənin İzmir vilayətində zibillikdə başlayan yanğın meşəlik əraziyə keçib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Məlumata görə, əraziyə 6 təyyarə, 5 helikopter və 25 yanğınsöndürən maşın, eləcə də digər lazımi texnika cəlb olunaraq yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahibkarın əraziyə yaxın yerdə sənaye tullantılarını yandırmasından sonra yayıldığı bildirilir.
Xəbəri paylaş
Facebook-da paylaş
