Bakı-Quba yolunda yanğın olub, xəsarət alan var


Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 28-ci kilometrliyində yerləşən, hazırda fəaliyyət göstərməyən və sahibinin kimliyi məlum olmayan ərazidə yanğın hadisəsi baş verib.

"Şəffaflıq.az"-un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində ərazidə yerləşən bir ədəd mazutvuran nasos və sahəsi təxminən 30 kvadratmetr olan mazut yanıb.

Yanğın zamanı orada fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}