Özgəsinə məxsus sənədlə sərhədi keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı Bakıda saxlanılıb
Özgəsinə məxsus sənədlə sərhədi keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı Bakıda saxlanılıb. Bu barədə "Şəffaflıq.az"-a DSX-dan məlumat verilib. Bildirilib ki, May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılmışdır. Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilmişdir. Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Facebook-da paylaş
