Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə "Şəffaflıq.az"-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 2-5-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Xəbəri paylaş
Facebook-da paylaş
