Şabranda avtomobil işıq dirəyinə çırpılıb, ölən və yaralananlar var


Şabranda avtomobil işıq dirəyinə çırpılıb.

Şəffaflıq.az-ın məlumatına  görə, 1980-cı il təvəllüdlü Əmirhəmzəyev Özbəy Adəm oğlu idarə etdiyi "Qaz 53" markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yolkənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomaşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Balaqədəşov Tərlan Əzim oğlu, 1975-ci il təvəllüdlü Balaqədəşov Gülmalı Şahmirzə oğlu və 1990-cı il təvəllüdlü Şıxəliyev Həmid Hikmət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}