Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunanlar evə buraxılıblar
Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunan sakinlər evə buraxılıblar. Şəffaflıq.az-ın məlumatına görə, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına qida zəhərlənməsi ilə müraciət edən 10 nəfərə zəruri tibbi yardım göstərilib daha sonra evə buraxılıblar. Xatırladaq ki, zərərçəkənlərin Ağstafa şəhərində fəaliyyət göstərən kafelərin birindən alınmış dönərlərdən zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
