Rusiyada inzibati binada baş verən yanğında 5 nəfər ölüb
Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində inzibati binada baş verən yanğın nəticəsində 5 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yanğınsöndürənlər 3-ü yaralı olmaqla 10 nəfəri xilas ediblər. “Təəssüf ki, 5 nəfər həlak olub. Ərazidə 40 işçi, 11 texnika çalışıb və yanğın söndürülüb”. Yanğının hansı səbəbdən baş verməsi məqsədilə araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
