Tərtərdə iki avtomobil toqquşub, ölən var
Tərtərdə iki avtomobil toqquşub. Şəffaflıq.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Cəsarət Abışovun idarə etdiyi "VAZ 21 07" markalı avtomobillə 2003-cü il təvəllüdlü Emil Ağayevin idarə etdiyi "VAZ 21 011" markalı avtomobil toqquşub. Daha sonra "VAZ 21 07" markalı avtomobil yolun kənarındakı boruya çırpılıb. Nəticədə Cəsarət Abışov hadisə yerində ölüb, sərnişin 2003-cü il təvəllüdlü Ümüd Xıdırov və "VAZ 21 011" markalı avtomobilin sürücüsü Emil Ağayev xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
