Şərurda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi ölüb
Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb. Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb. İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
