Abşeronda eyvanda paltarını təmizləyən 69 yaşlı kişi yıxılaraq ölüb
Abşeronda 69 yaşlı kişi eyvandan yıxılaraq ölüb. Şəffaflıq.az xəbər verir ki, 1956-cı il təvəllüdlü Elxan Adıgözəlov yaşadığı evin 4-cü mərtəbəsindəki eyvanda paltarını təmizləyərkən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
