TRAMPDAN ŞOK İDDİA: “Əgər Süleymanini öldürməsəydik...”

 

Şəffaflıq.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 3 yanvar tarixində İraqın paytaxtında, ABŞ hərbçiləri tərəfindən silahlı dronla öldürülən general-mayor Qasım Süleymani ilə bağlı iddia irəli sürüb. Tramp iranlı generalın ABŞ səfirliyini partlatmağı planlaşdırdığını iddia edib.

Ağ Evdə jurnalistlərə müsahibə verən Tramp deyib: “Bu çoxdan olmalı idi. Səfirliyimizi havaya uçurmağı planlaşdırdıqları üçün bunu etdik”.

Tramp dekabr ayının axırında İranın İraqakı hərbi bazaya hücumu nəticəsində bir mülki amerikalının ölümündən sonra əməliyyat həyata keçirdiklərini söyləyib. Amerikanın həmin hücumunun ardından İranın dəstəklədiyi milis qüvvələri ABŞ-ın Bağdaddakı səfirliyini tutaraq İranla ABŞ arasındakı gərginliyin artmasına səbəb olmuşdular.

Tramp deyib: “Süleymaninin Birləşmiş Ştatların Bağdaddakı səfirliyinin qarşısındakı nümayişlərin şiddətlənməsini istədiyini bilirik. O adam artıq ortada yoxdur. Oldumu? Onun planlarında səfirlikdən də böyük hədəflər vardı”.

Mətbuat müsahibə verən, Pentaqonda çalışan bir mənbə də prezident Trampın Bağdad səfirliyi ilə bağlı açıqlaması ilə bağlı müsahibə verib.
“Reytörs” agentliyinə müsahibə verən məmur Bağdad səfirliyindəki etirazı Süleymaninin təşkil elədiyini və səfirliyi partlatmaq planlarının olduğunu təsdiqləyib. O, Amerikanın bu məlumatı haradan aldığını söyləməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}