Tramp Senatda mühakimə olunmaq İSTƏYİR
“Nümayəndələr Palatasında vəzifədən alınacağım təqdirdə Senatda ittiham olunmaq istəyirəm”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalına telefonla bağlanaraq Nümayəndələr Palatasında başladılan impicment proseduru haqda danışarkən deyib.
Tramp əlavə edib ki, ortada fakt olmadığı təqdirdə ABŞ prezidentini vəzifəsindən azad etmək mümkün deyil: “Amma əgər yarğılanma olacaqsa Kəşfiyyat Komissiyasının sədri Adam Şiff və Hunter Bayden (Con Baydenin oğlu) mənimlə birlikdə ifadə versin”.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş