Qaynının qətlində təqsirli bilinən şəxsə hökm oxunub


Bakıda qaynını öldürməkdə təqsirli bilinən Həsən Həsrətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırma tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin istintaqda Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qayını Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}