Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Şəffaflıq.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi “VAZ 2101” markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2101”də olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş
