Bakıda 65 yaşlı kişini avtomobil vurub
Bakının Xətai rayonunda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Məmmədov Mahir Hidayət oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
