Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. Şəffaflıq.az-ın məlumatına görə, fevralın 7-də Yevlax rayonunda 2005-ci il təvəllüdlü Əlamdar Sultanovu "Mercedes" markalı avtomobil vurub. O, ağır xəsarətlərlə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, o, fevralın 13-də orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
