Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib
Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib. Şəffaflıq.az məlumat verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb. Dəm qazından zəhərlənən şəxslər 1985-ci il təvəllüdlü Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülbuta İmamverdi qızı Orucova, övladları-2019-cu il təvəllüdlü Niftalı Qabil oğlu Orucov, 2008-ci il təvəllüdlü Aysun Qabil qızı Orucova və 2016-cı il təvəllüdlü Samirə Qabil qızı Orucovadır. Dəm qazından zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb. Hadisə araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş