Ucar rayonunda 5 yaşlı uşaq hovuzda boğulub.
Ucar rayonunda 5 yaşlı uşaq hovuzda boğulub. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Rüfət İsmayılov ehtiyatsızlıqdan evin həyətindəki su ilə dolu hovuza yıxılıb. Nəticədə azyaşlı boğularaq ölüb. Araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş