Mingəçevirdə qətl törədilib, saxlanılan var


Mingəçevir şəhərində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli mübahisə zəminində qarın nahiyəsindən bıçaqlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, ağır halda xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənli dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Elvin Rüstəmov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}