Sabirabadda evdə partlayış olub, 42 yaşlı qadın yanıq xəsarəti alıb


Sabirabad rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib, 42 yaşlı qadın xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Məmişlər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Nüşabə Nizami qızı Zeynalova hamamda olarkən cihazdan (pitminutka) qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}