Bakıda 7 yaşlı uşağı avtomobil vurub
Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 2017-ci il təvəllüdlü H.Ə. oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş