Bakıda yük avtomobilinin vurduğu piyada 27 gün sonra ölüb
Bakıda yük avtomobilinin vurduğu piyada 27 gün sonra ölüb. Şəffaflıq.az xəbər verir ki, hadisə sentyabrın 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, Ramin Abdullayev idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən Kəmalə Rəhmanovanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, K.Rəhmanova ötən gün müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş