İlqar Yusifov: "Bizdən uzaqlaşan və yadlaşan milli dəyərlərimizi yerdən qaldırmalı yenidən yaşatmalıyıq"

Cəmiyyətin formalaşması və inkişafı ümumilikdə bu dövrdə yaşayan insanların tutduğu mövqeyindən, təhsilindən və tərbiyəsindən aslıdır.İnsan həyata bioloji varlıq kimi  gəlir lakin şəxsiyyət kimi yetişməsində  yaşadıgı dövrün özünəməxsus amilləri rol oynayır.İnsanın  ətrafda baş verən proseslərə münasibətini xarakterizə edən əsas faktorlardan biri düzgün tərbiyə edilməsidir. Düzgün tərbiyə alan insan bir şəxsiyyət kimi formalaşır, dünyagörüşü artır elinə-obasına bağlı olur.
Bu sözləri Şəffaflıq.az-ın bölgə müxbirinə müsahibəsində, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi İlqar Yusifov bildirib. O, qeyd edib ki, aktual olan əsas məsələlərdən biri insanlar arasında qarşılıqlı inam və etibarın yaranmasıdır.Adət-ənənələrimizə milli əxlaqımıza və dinimizə söykənən əsas şərtlərdən biri insanlar arasında mehribançılıq qardaşlıq qonşuluq haqqlarının qorunması hər kəsə hörmət və ehtiram göstərməyin vacibliyilidir.Bu bizim inam və imanımızı möhkəmləndirir, mərhəmət hissin yüksəldir.İslam dini bizə gözəl əxlaqaqın, saf qəlbin xeyirxaq əməlin sahibi olmağı tövsiyyə edir. Axı bizə yalan danışmamağı, sözünə sahib cıxmağı, heç kimin haqqına girməməyi, halal yaşamağı tövsiyyə ediblər.Zamanla bizə qədər gəlib çıxan bu dəyərlərimiz, sözünə sahib olmaq, ləyaqətli yaşamaq ənənələri illər keçdikcə itməyə başlayır.İnsan çoxalsada insanlıq azalır.Və nələr baş verir, bir məmur ona tapşırılan vəzifədə xalq xidmət etmək əvəzinə vətəndaşdan şəxsi maraqları üçün istifadə etməklə rüşvət almağa çalışırsa,  həkim şəfa tapmaq üçün ona müraciət edən xəstəni səhv müalicə etməklə ümidlərini qırırsa, borc alan aldığı əmanəti geri qaytarmırsa, müəllim təhsil verməli olduğu halda bu məsuliiyəti dərk etmirsə təbii ki cəmiyyətddə bir inamsızlıq mühiti yaranacaq.  Məhz bu səbəbdən hər kəs digərində günah axtarır, yaranan durumda zəmanəni lənətləyir.Təəssüf ki baş verənlər təkcə bu hallarla tamamlanmır elə hadisələr baş verir ki bir ailənin dağılmasına, qohum-qonşu arasında ədavətin böyüməsinə, nəsillər arası düşmənçiliyin artmasına qədər gəlib çıxır.Kifayət qədər qorxulu tendensiyaya çevrilən bu məsələ  həyatımıza təsirsiz ötüşmür.Son dövrlər aparılan  rəy sorgularının nəticələri də  insanların bir-birinə  etimadının azalmasını göstərir.Səbəblər fərqli olsada ümumilikdə nəticə ürəkaçan deyil.İnsan dəyərlərinin qorunması ətraf mühütə münasibətdə, gələcəyə baxışda bu narahatçılıq yaradır.Cünki biz bu cəmiyyətdə tək təcrid olunmuş halda yaşamırıq.Deməli hər kəs öz məsuliyyətin dərk etməli, hər cür yalan və iftiradan uzaq olmağı bacarmalıdır.Ata-babalarımızdan qəbul etdiyimiz və yüzillərdi qorunan bu dəyərləri bizdə gələcək nəsillərə layiqincə ötürməyi bacarmalıyıq.Bu bizim boynumuzun, haqq vətəndaşlıq borcumuzdur.Bu günümüzün təminatı, övladlarımızın gələcəyi üçün cəmiyyətin saflaşmasına çalışmalıyıq.Bizdən uzaqlaşan və yadlaşan milli dəyərlərimizi yerdən qaldırmalı yenidən yaşatmalıyıq.                Tanınmış psixoloqlar tərbiyənin təkcə insana  yox onunla bərabər bütöv mühitə təsirinin olduğunu birmənalı qeyd edir.Ailədən başlayan və məktəb keçib cəmiyyətə qədər uzanan bu yol davranış və hərəkətlərimizdə son dərəcə diqqətli olmağı təsbit edir.Yeni nəslin tərbiyə edilməsi  mənəvi keyfiyyətlərin aşılanması baxımından bu olduqca vacib amildir.Hüquqi dövlətin normal cəmiyyətin bünövrəsini möhkəmləndirmək üçün  vətənimizə sevgimizi, xalqımıza məhəbbətimizi əməllərimizdə ona layiqli vətəndaş olmağımızla göstərməliyik.
Davud Tarverdiyev
Göyçay
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}